Tumanyan qeyd edib ki, işçi qrupun işində “Rusiya Dəmir Yolları”nın mütəxəssisləri də iştirak edəcək.
Onun sözlərinə görə, tikinti işlərinə başlamaq üçün Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır: bu, həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər.
“Ən azı iki tərəf öhdəlik götürməlidir, çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və birgə işlər var. Dəmir yolunun Yerasx (Arazden) hissəsinin bərpası aylar, Meğri hissəsinin (burada 45 kilometrlik dəmir yolunun çəkilməlidir) üç il çəkəcək. Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil”, o əlavə edib.