AMEA prezidentinin istefasından sonra onun səlahiyyətlərinin kimə həvalə olunacağı maraq doğurur. Bununla əlaqədar AMEA Rəyasət Heyətinin yenidən iclas çağıracağı gözlənilir.
AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva açıqlamasında bu gün hər hansı toplantının keçirilməyəcəyini deyib.
“Hazırda AMEA-da iclas gözlənilmir. Dünən akademik Ramiz Mehdiyev istefa vermək niyyətinin olduğunu bəyan etdi. Onun vəzifəsini başqa heç kim icra etmir. Ramiz Mehdiyev istefa ərizəsini Prezidentə təqdim edəcək. Əgər istefa təsdiq olunarsa, vəzifəni kimin icra edəcəyi aydınlaşdırılacaq. Müraciətin nə zaman olunacağını dəqiq bilmirik”, - deyə A.Balayeva vurğulayıb. (Modern.az)