Vaxt.Az

Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı


 

AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi

Ramiz Mehdiyevin baldızı oğlu saxlanıldı AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Belə ki, Nərimanov rayon Məhkəməsi E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

***

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov ötən gün yayılmış bu məlumatı təsdiqləyib. O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

 





15.02.2022    çap et  çap et