Hazırda İranda 15 müəllim və təqaüdə çıxan müəllim həmkarlar ittifaqı fəalının həbsxanada saxlanılır.
Həbsdə olan azərbaycanlı müəllim Lətif Ruzixahın 7 ay həbs cəzasını çəkmək üçün Güney Azərbaycanın Culfa şəhərinin həbsxanasına köçürüldüyü bildirilir.
Şərqi Azərbaycan vilayətinin müəllimlərin həmkarlar ittifaqının idarə heyəti üzvü Lətif Ruzixah daha öncə Culfa İnqilab Məhkəməsi tərəfindən “İslam Respublikası nizamına qarşı təbliğat aparmaq” ittihamından günahkar tanınaraq, 7 ay həbs cəzasına məhkum edilmişdi.
Bundan əvvəl təqaüdçü olan culfalı müəllim noyabrın 10-da şəhərin İnqilab Məhkəməsində ona qarşı irəli sürülən sistemə qarşı təbliğat aparmaq ittihamından özünü müdafiə etmişdi.
Digər Azərbaycanlı təqaüdçü müəllim, həmkarlar ittifaqı fəalı olan Zeynəb Həmrəng Tehranın Evin Həbsxanasında 6 illik həbs cəzasını çəkməkdədir.