Vaxt.Az

8 ayın ən yüksəyi


 

Qızıl 18 gündə 100 dollar bahalaşıb

8 ayın ən yüksəyi Qızıl 2021-ci ilin iyun ayından bəri ən yüksək qiymətlər ilə ticarət olunur, çünki investorlar geosiyasi risklərə diqqət yetirirlər.

İnvestorlar geosiyasi gərginlik ilə əlaqədar olaraq "təhlükəsiz liman" alışlarına diqqət yetirdikləri üçün qızılın qiyməti son 8 ayda ən yüksək səviyyədədir.

Qlobal bazarlarda Ukrayna böhranı yeni həftənin ilk ticarət günündə qiymətlərə mənfi təsir göstərib. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin dialoqa açıq olduğu siqnalı gərginliyin müəyyən qədər azalmasına səbəb olub.

ABŞ Mərkəzi Bankının (FED) st. Louis şöbəsinin rəhbəri Ceyms Bullard bazar ertəsi CNBC-yə müsahibəsində iyul ayına qədər faiz dərəcələrini 100 baza bəndi artırmalı olduğunu təkrarlayıb. Fed-in “şahin” idarəçilərindən biri kimi tanınan Fed-in Kanzas Siti şöbəsinin rəhbəri Esther George inflyasiyanın azaldılması üçün FED-in kəmiyyət yumşaldıcı siyasətlərinin mümkün qədər tez dəyişdirilməsi lazım olduğunu bildirib. ABŞ-da inflyasiyanın sürətlənməi də qızılın bahalaşmasına səbəb olur.

Səhmdarların Ukrayna ətrafında geosiyasi gərginliklərə əhəmiyyət verməsi ilə bahalaşan qızılın qiyməti 1880 dollara çatıb. Yanvarın 28-də qızılın unsiyasının qiyməti 1780 dollaradək düşmüşdü. Ötən dövrdə qızılın qiyməti 100 dollar artıb.

 





15.02.2022    çap et  çap et