Xəbərə görə, Ağ Ev qəti addımlara hazır olduğu barədə bəyan edib. Eyni zamanda Vaşinqton konfliktin hərbi qarşıdurma olmadan yoluna qoyulacağına ümid edir.
Moskvaya qarşı əsas təsir variantı kimi ABŞ iqtisadi sanksiyaların tətbiqini görür. «Rusiya «Böyük səkkizlər»in Soçi sammitindən məhrum ola bilər. Situasiya dəyişməsə, bu ölkə hətta G8-dən çıxarılacaq», - deyə Kerri bildirib.
Dövlət katibi həmçinin, vacib məsələlərdən biri kimi, ABŞ Konqresinin Ukrayna iqtisadi yardım paketi hazırlamağın vacibliyini qeyd edib.