Vaxt.Az

Həyətlər keçilməz olub


 

Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur

Həyətlər keçilməz olub Ən çox paytaxtdakı köhnə binaların yerləşdiyi ərazilərdə belə hallarla qarşılaşırıq. Bu da ilk növbədə piyadaların hərəkətinə mane olur.

Eləcə də fövqəladə hallar zamanı problem özünü daha qabarıq göstərir. Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, həm köhnə, həm də yeni çoxmənzilli yaşayış binalarında avtomobil dayanacaqları və ya parklanma yerlərinin olması mütləqdir. Bu qaydalar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi tikinti norma və standartlarında da nəzərdə tutulub.

Ekspert deyir ki, yeni çoxmənzilli binaların hələ layihəsi hazırlanarkən bu normalar gözlənilməlidir.

Nüsrət İbrahimov bildirir ki, bəzən hansısa sakin binanın həyətində müəyyən bir ərazini zəbt edir ki, bu da qanunla qadağandır.

 





15.02.2022    çap et  çap et