Vaxt.Az

Təbrizdə tətil


 

500-dən artıq işçi etiraz aksiyası keçirir

Təbrizdə tətil Təbrizdə Motogen şirkətinin 500-dən artıq işçisi bir həftədən artıqdır tətil və piket keçirir. Maaşların az olmasına etiraz edən işçilər həmçinin müqavilə şərtlərinin dəyişdirilməsini tələb edirlər.

İran Radio Televiziya Təşkilatına bağlı olan Gənc Jurnalistlər Klubu bu barədə məlumat yayıb.

Klubun xəbərinə əsasən, Motogen şirkəti ilə çalışan podratçı şirkətlər ilə müqaviləsi olan işçilər maaşların bərabərləşdirilməsini və şirkətlə birbaşa müqavilə imzalamaq istəyirlər.

Şərqi Azərbaycan vilayətinin Kooperativlər, Əmək və Sosial Rifah Baş İdarəsinin məsulları və şirkətin idarə heyəti işçilər ilə müzakirə edərək onları işə qaytarmağa çalışırlar.

İranın ən böyük elektrik mühərrik istehsalçısı olan Təbriz Motogen şirkətinin təqribən 1000 işçisi var. Bunların çoxu Motogen ilə çalışan podratçı şirkətlər ilə müqavilə imzalayıb.

 





16.02.2022    çap et  çap et