Vaxt.Az

Hamiləlik tarix olur


 

Körpələrin ana bətnindən kənarda böyüyə biləcəyi “Süni Uşaqlıq”

Hamiləlik tarix olur Çin alimləri qadınlarda hamiləlik prosesini dayandıracaq və körpələr doğulmadan mümkün xəstəliklərini aşkar edəcək sistem təkmilləşdirirlər. Süni intellekt ilə idarə olunan bu sistem ana bətnindəki mühiti xarici dünyaya daşıyır. Körpələr bu süni bətndə böyüyə biləcəklər.

Çinin “Suzhou Biotibbi” Mühəndislik və Texnologiya İnstitutunun alimləri tibb tarixinə düşəcək araşdırma aparıblar. Süni intellektin idarə etdiyi süni uşaqlıq yaratmağa müyəssər olan mütəxəssislər apardıqları araşdırmalar nəticəsində uşaqlıqda embrion yetişdirməyə nail olublar. Sistemin yaxın gələcəkdə insanların istifadəsinə veriləcəyi bildirilir.

Alimlərin çalışmaları nəticəsində ana uşaqlığının mühitini sözün əsl mənasında kopyalayıb. Bu, bir embrionun süni bətndə inkişaf etməsinə imkan vermişdir. Embrionun sağlam inkişafı üçün lazım olan bütün molekullardan istifadə edən və onların ötürülməsini Süni İntellekt ilə həyata keçirən elm adamları bu araşdırma ilə qadınları hamiləlik prosesindən xilas edə biləcəklərinə inanırlar. Üstəlik, bu sistem sayəsində ana bətnində ola biləcək xəstəlik riskləri aradan qaldırılır. Çünki sistem embrionu hər an izləyir.

Ancaq bu məsələdə diqqət çəkən bir məqam var. İnsan embrionunu aylarla ana bətnindən kənarda saxlamaq beynəlxalq hüquqa görə qadağandır. Bu xüsusda alimlərin əl-qolunu bağlayır. Əngəlin yaxında hüquqi olaraq aşılacağına ümid edilir…

 





07.02.2022    çap et  çap et