Vaxt.Az

Moskva UNESCO-nu siyasətinə alət edir


 

Monitorinqlər ünvanlı deyil geniş həyata keçirməlidir

Moskva UNESCO-nu siyasətinə alət edir Müharibədən sonra illərlə işğal altında saxladığı əraziləri itirən Ermənistan hazırda UNESCO-nun Qarabağa nümayəndə heyəti göndərməsini istəyir. Bu məsələdə İrəvana Moskva da dəstək verir.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarova deyib ki, Moskva qısa zamanda UNESCO-nun Qarabağa heyət göndərməsinə tərəfdardır. İrəvanı anladıq, “Qarabağdakı erməni abidələrinin albanlaşdırılması” adı altında saxta ittihamlarına əsaslanaraq UNESCO-dan dəstək qazanmağa çalışır. Bəs Moskvanın marağı nədir? Bəlkə Moskva da İrəvanın saxta iddiasına şərikdir, bununla Azərbaycana qarşı əlavə təzyiq aləti əldə etmək istəyir? 

Torpaqlarımız işğal altında ikən UNESCO Qarabağda dağıdılan məscidlər, muzeylər və kitabxanalarla maraqlanmadı, ancaq ermənilərin və onların havadarlarının çağırışı ilə azad olunmuş ərazilərə təcili nümayəndə heyəti göndərməyə qərar verib. Birincisi, beynəlxalq təşkilatın Qarabağa göndəriləcək  nümayəndə heyətinin necə formalaşacağı prosesini diqqətdə saxlamalıyıq. Şübhə etmirəm ki, erməni lobbisi həmin heyətə öz adamlarını salmağa çalışacaq. İkincisi, indidən UNESCO-ya bəyan etməliyik ki, Qarabağa gələcək heyət “ünvanlı monitorinq” deyil, geniş monitorinq həyata keçirməlidir, əks halda nəticələr Azərbaycan tərəfindən tanınmayacaq.


 





16.02.2022    çap et  çap et