Onlar özlərinin xəyallarında güvən üçün yeni mənbələr barədə təəssüratlara dalaraq Azərbaycan ərazilərində mühəndis işləri həyata keçirməyə can atırlar.
Erməni separatçılardan normallaşmaya töhfə verəcək addım gözləmək də mənasızdır. Quldur tör-töküntülərin özləri də böyük isterikadan əziyyət çəkərək mənasızlıq sindromunun içində itib-batırlar.
Bu mənasızlıqdan yola çıxaraq nəyə nail olacaqlarına dair kor ümidlərə qapılırlar, amma unudurlar ki, 2020-ci ilin 10 noyabrından bəri Azərbaycan sülhməramlıların mövcud olduğu ərazilərdə müşahidə və nəzarət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.
Ancaq Ermənistana və onun havadar çıxdığı separatçılar başa düşmək istəmir ki, onların hər addımı nəzarət altındadır.
Separatçılar bu dəfə də səngər qazmağa cəhd edərkən Azərbaycan hərbçiləri buna mane olublar. Hadisə fevralın 15-də olub (Müdafiə Nazirliyinin məlumatında istiqamət göstərilmir, bundan əvvəl isə Ağdam ərazisində analoji hal yaşanmışdı).
Heç kimə lazım olmayan qanunsuz erməni birləşmələrinin təxribatları bir informasiya fonunda diqqət çəkir. Söhbət ondan gedir ki, özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Arayik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi gözlənilir.
Bu barədə fevralın 15-də Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov məlumat verib. O bildirib ki, bu istiqamətdə istintaq hərəkətləri davam etdirilir.
Separatçıların taktiki və strateji dərinlik hesab etdiyi nöqtələrə, qurduqları oyuncaq sığınacaqlara Azərbaycan ordusunun sızıb lazımi əməliyyatlar aparması çox asan bir məsələdir.
Azərbaycan ordusunda antiterror təlimlərinin keçirilməsi də həmin məqsədlərin həyata keçirilməsinə hesablanıb.
Yəni, Arutyunyanın hərbi əməliyyatla ələ keçirilməsi olduqca asandır. Ona görə də, silahlı ünsürlər ya silahı atıb özlərini könüllü şəkildə Azərbaycanın mühakiməsinə təslim etməlidir, ya da başqa yollarla onların istintaqa cəlbi reallaşacaq.
Situasiya onlar üçün dilemma təqdim edir, daha doğrusu seçim imkanı verir.
Şübhəsiz ki, Azərbaycan Baş Prokurorluğunun açıqlaması indi quldurlarda böyük təşviş yaradıb və Arutyunyan böyük təlaş içərisindədir.
Arutyunyanın niyə bu zamana qədər tutulmadığına gəlincə, bunun səbəblərini müvəqqəti situasiya ilə əlaqələndirmək lazımdır.
Rusiya sülhməramlılarına gəlincə, nəzərə alaq ki, Azərbaycan öz ərazilərində hərbi komponentləri də özündə ehtiva edən hüquqi tədbirlər həyata keçirmək səlahiyyətinə malikdir.
Amma Bakı sülhməramlılarla konfliktə girmədən bu məsələni həll etmək istəyir və bu mövzuda Rusiya ilə danışıqlar aparır.
Yəni, Arutyunyanın Azərbaycan Baş Prokurorluğunun sanksiyası ilə həbsi, bu olmazsa isə, əməliyyatla tutulması mümkündür.