Vaxt.Az

Ukraynaya qarşı kütləvi hücumlar


 

NATO ilə Ukrayna arasında kiber əməkdaşlıq müqaviləsi bağlanacaq

Ukraynaya qarşı kütləvi hücumlar Ötən gecə Ukraynanın bir çox dövlət internet resurslarına və bankların saytlarına yenidən kiber hücumlar olub. Müdafiə Nazirliyinin və bir çox digər qurumların saytı DDoS hücumlara tab gətirməyərək fəaliyyətini dayandırıb.

Bir neçə gün öncə isə Xarici İşlər Nazirliyinin, Energetika Nazirliyin resursları, Elektron hökumət portalı kiber hücum nəticəsində fəaliyyətini dayandırmışdı.

Ukraynanın İnformasiya təhlükəsizliyi Mərkəzi bu ölkəyə qarşı kütləvi DDoS hücumların təşkil edildiyini və onun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparıldığını bildirib.

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi hücumların arxasında Rusiyanın dayandığını açıqlayıb.

ABŞ və NATO kiberhücumların qarşısının alınmasında Ukraynaya dəstək olacaqlarını açıqlayıblar.

Onlar kiber hücumların hansı fəsadlar yarada biləcəyi ilə bağlı Ukrayna rəsmiləri ilə birgə müzakirələr aparıblar.

Bu cür hücumların ola biləcəyi haqqında da qabaqcadan onlar tərəfindən Ukrayna tərəfi məlumatlandırılmışdı.

Hazırda NATO ekspertləri Ukraynaya kiber müdafiə istiqamətində köməklik göstərirlər.

NATO rəhbərliyi açıqlayıb ki, yaxın günlərdə NATO və Ukrayna arasında kiber əməkdaşlıq müqaviləsi imzalanacaq və Ukrayna NATO-nun bu sahədə məlumat mübadiləsi platformasına daxil ediləcək.

 





16.02.2022    çap et  çap et