Səhiyyə komitəsinin sədri onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi istiqamətində iş aparıldığını vurğulayıb.
“Düşünürəm ki, növbəti ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb ediləcək”,- deyə o bildirib.
Plenar iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva isə dərmanların qiymətlərinin yüksək olması probleminə toxunub.
Millət vəkili Naqif Həmzəyev isə sınaq imtahanlarının qiymətinin baha olmasını tənqid edib. Bildirib ki, sınaq imtahanlarının qiyməti bahadır və məbləğ aşağı salınmalıdır.
Millət vəkili həmçinin dəmiryolu ilə rayonlararası sərnişindaşımanın yenidən bərpa olunmasının vacibliyini qeyd edib.