Təbrizin “Şəhid Mədəni” Universitetinin elmi heyətinin üzvləri və müəllimləri üzləşdikləri çətinliklərə etiraz olaraq aksiya keçiriblər. Aksiyada çıxış edən Universitetin başçısı doktor Həsən Vəlizadə Proqram və Büdcə Təşkilatının onlara qarşı yaratdığı çətinliklərdən danışıb.O, vurğuladı ki, heç bir şəxs öz zövqü və istəyinə görə Universitet müəllimləri. ölkənin elm adamlarına nəyisə diktə edə bilməz.
Vəlizadə cari günəş ilində müəllimlərin və Universitet heyətlərinin rütbələndirmə və təsnifatlandırma qanununun icra olunmamasından narazılıqlarını bildirib.
Bundan öncə fevralın 6-da Təbriz Universitetinin müəllimləri etiraz aksiyası keçirərək çox sayda müəllimə əmək haqqı vermək öhdəliyinin pozulduğunu, maliyyə çatışmazlığı səbəbindən onların əmək haqları və müavinətlərinin 30 faiz azaldıldığını demişdilər.
Universitet müəllimləri inflyasiyanın 44 faizə çatdığı və ölkədə milyonlarla insanın yoxsulluq içində yaşadığı bir vaxtda belə bir hərəkətin baş verməsini pisləyib, bunu təhqiramiz və qanuna zidd adlandırıblar.
çap et