Vaxt.Az

Düşmənin təşvişi artır


 

“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?

Düşmənin təşvişi artır “Dəfələrlə səsləndirilib ki, rəqibin Laçın rayonu ərazisində keçirdiyi hərbi təlimlər konkret məqsədlər güdür”. Bunu “Facebook” səhifəsində erməni ictimai xadim Alen Qulyan yazıb.

Onun sözlərinə görə, sentyabrın əvvəllərində Azərbaycanın nəzarətində olan Laçın ərazisində Türkiyə-Azərbaycan birgə taktiki təlimləri keçirilib.

“Azərbaycan Müdafiə Nazirliyi relizlə diqqəti hərbi qulluqçuların mürəkkəb şəraitdə müasir hərbi texnikadan istifadə etmək vərdişlərinin artırılmasına da yönəldib. Yəni, ehtimal etmək olar ki, Laçın dəhlizi çoxdan xüsusi əməliyyatların keçirilməsinin döyüş meydanı kimi seçilib. Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi bugünkü mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda təkcə Arayik Harutyunyan deyil, cinayət törətmiş bütün şəxslər də həbs olunacaqlar. “Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib”, - deyə erməni ictimai xadim bildirib. (Ordu.az)

 





16.02.2022    çap et  çap et