Vaxt.Az

Yustinian vaqeəsi kabusu


 

Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq

Yustinian vaqeəsi kabusu Amerika ilə Avropada, habelə Yaponiya və Koreya kimi ölkələrdə elmin əsasən universitetlərdə təkmilləşdiyi, professor və tələbələr üçün münbit mühitin məhz ali təhsil ocaqları olduğu barizdir. Ancaq biz artıq uzun illərdir ki, fərqli yolla irəliləyirik. Bu gün, bu dəqiqə kəskin dönüş etsək faydası zərərindən çox olar.

Bu səbəbdən də ciddi dəyişikliklərə getmək, yeni yol xəritəsi hazırlayaraq Akademiyaya keyfiyyətcə yeni nəfəs vermək lazımdır. Kiminlə gediləcək bu dəyişikliklərə? Təbii ki, Akademiyanın sağlam təfəkkürlü olan-qalan həqiqi alimlərilə. 

Akademiyadakı həqiqi alimlər bizim Milli Sərvətimizdir. Azdırlar, onlara sahib çıxmalıyıq. Yoxsa…

Yoxsa ikinci bir imperator Yustinian vaqeəsi baş verəcək  – qapısına kilid vurulacaq Akademiyanın…

 

***

 

Səhər saat altıda “Whatsapp”dan bir mesaj gəldi.

Göndərən əziz müəllimim, görkəmli riyaziyyatçı, akademik Asəf Haciyev idi. Saytlardan birində dərc olunan “Как быть с азербайджанской наукой и что делать? - РАЗМЫШЛЕНИЯ АСАФА ГАДЖИЕВА” məqaləsinin linkini atmışdı.

Zəng elədim Asəf müəllimə. Təyyarədəydi. Mərkəzi İstanbulda yerləşən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi olan Asəf müəllim xaricə ezamiyyətə uçurdu. Çox danışa bilmədi, “Ayın 20-si qayıdıram, görüşək” dedi. 

İstanbulda yaşayan müəllim-tələbənin busəfərki görüşü çox fərqli olacaq…

 Gələcək Elmlə Gələcək.

Gələcək Çox Tez Gələcək.

 





17.02.2022    çap et  çap et