Vaxt.Az

Abidələrin də pasportu olacaq


 

Bu prosedur siyahıyaalınmanı asanlaşdıracaq

Abidələrin də pasportu olacaq Azərbaycandakı bütün, yəni həm yerli, həm ölkə, həm də dünya əhəmiyyətli abidələrin pasportları hazırlanacaq. Bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Onun sölzərinə görə, artıq ölkədəki tarixi abidələrin pasportlaşdırılmasına başlanılıb. Bu il ərzində 64 vahid milli tarixi abidənin pasportu hazırlanacaq. Bunun üçün xüsusi qrup yaradılıb və müəyyən avadanlıqlar alınıb. Gələn il isə bundan daha cox abidənin pasportunun hazırlanması plıanlaşdırılır: "Biz çalışacayıq ki, hər bir insanın pasportu olduğu kimi, tarixi abidələrin də pasportu olsun. Həmin pasportların yığcam şəkli internetdə - həm UNESCO-nun portalında, həm Avropa Şurasının xüsusi saytlarında yerləşdiriləcək ki, istənilən adam bu abidələr haqqında məlumat ala bilsin".
Hər bir abidənin özünün pasportunun olmasını çox vacib sayan nazir müavinin sözlərinə görə, bu prosedur hesabına abidələrin siyahıyaalınması asanlaşacaq.
V.Əliyev qeyd edib ki, abidələrin pasportlarında onlarla bağlı olan bütün məlumatlar- tarixi arayış, koordinatları qeyd ediləcək, eskizləri əks olunacaq: "Hazırda bunların hamısının elektron versiyası hazırlanır. Bu, hazır olduqdan sonra dünyanın istənilən nöqtəsində istənilən adam bu abidə haqqında məlumatları elektron yolla ala biləcək".
Nazir müavininin sözlərinə görə, bəzi tarixi abidələr müəyyən texnogen təsirlərin nəticəsində aşılanıb: "Belə abidələr həqiqətən çoxdur. Bunların hamısını eyni vaxtda bərpa etmək çox böyük maliyyə vəsaiti tələb edir. Pasportlaşma prosesi nəticəsində abidələrin bugünkü mövcud vəziyyəti də müəyyənləşəcək. Bu da gələcəkdə bərpa işlərinə ehtiyaçı olan abidələrin siyahısını müəyyənləşməyə kömək edəcək".

 





05.06.2013    çap et  çap et