Vaxt.Az

Qara dəniz üzərində insident


 

Rusiya qırıcısı ABŞ kəşfiyyat təyyarəsinin 1,5 metrliyindən keçdi

Qara dəniz üzərində insident Aralıq dənizi üzərindəki beynəlxalq hava məkanında ABŞ-ın sualtı qayıqları izləyən “Boeing” P-8A “Poseidon” kəşfiyyat təyyarəsi ilə Rusiyanın “Su-35S” qırıcısı arasında təhlükəli insident yaranıb. Kəşfiyyat təyyarəsini “tutmaq” üçün havaya qaldırılan Rusiya qırıcısı Amerika kəşfiyyat təyyarəsi ilə faktiki tarana gedib və onun cəmi 1,5 metrliyindən keçib. Bu, rekord yaxın məsafədir və təyyarələri toqquşmadan möcüzə ayırıb.

“The Wall Street Journal” qəzetinin Pentaqon nümayəndələrinə istinadən yaydığı xəbərə görə, bu insident ötən həftənin cümə və şənbə günləri bir-birinin ardınca baş verib. Rusiya qırıcısı birbaşa Amerika kəşfiyyatçısının uçuş trayektoriyasına daxil olub və onunla “tarana gedib”.

“Boeing” P-8A “Poseidon” Suriyadakı Rusiya hərbi bazasının yaxınlığında uçuşlar keçirib, belə görünür ki, məqsəd Rusiyanın Suriyaya yeni hərbi qüvvələr göndərməsini izləmək idi. (virtualaz.org)




 





17.02.2022    çap et  çap et