***
Rusiya Ukraynanın hərbi qüvvələrinin Krımı tərk etməsi üçün Moskva vaxtı ilə səhər saat 07:00-a kimi ultimatum verməsi barədə xəbərləri təkzib edib.
Ukrayna müdafiə nazirliyinin yaydığı bu xəbər Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçiləri tərəfindən təkzib edilib. Nazirlikdən xəbəri “tam cəfəngiyyat” adlandırıblar. “Bizi Krımda üz-üzə qoya bilməzlər” - deyə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Daha öncə, yayılmış xəbərə görə, yerli vaxtla saat 05.00-a (Moskva vaxtı ilə 07.00-a) kimi Krımdakı Ukrayna silahlı qüvvələri təslim olmazsa, Rusiya silahlı qüvvələrinin hücuma keçəcəyi barədə ultimatum verilmişdi. (anspress.com)