Vaxt.Az

Nüvə danışıqları dalana dirənib


 

İranın təklifi ABŞ üçün inandırıcı deyil

Nüvə danışıqları dalana dirənib Nüfuzlu “Bloomberq” nəşri fevralın 16-da Vyana danışıqlarının yekun mərhələsinə məqalə həsr edib.

Nəşr fevralın 16-da Vyana danışıqlarının yekun mərhələləri ilə bağlı məqaləsində İranın dünya gücləri ilə nüvə sazişini bərpa etmək üçün diplomatiyasının dayandığını yazıb. Məqalədə heç bir tərəfin uğur qazanmaq üçün hələlik lazım olan sərt siyasi qərarlar qəbul etməyə hazır olmadığı qeyd olunur.

Danışıqlarda iştirak edən avropalı rəsminin sözlərinə görə, hazırda əsas diqqət ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə Münhendə keçiriləcək transatlantik təhlükəsizlik sammitinə yönəlib.

“Bu konfransın təşkilatçıları deyirlər ki, İranla razılaşma perspektivi gündəmdədir. İran ABŞ-ın 2015-ci il sazişinə yenidən tabe olmamaq üçün zəmanət verməsi məsələsində müəyyən dərəcədə çeviklik təklif edib. Ancaq bunun Vaşinqton üçün qaneedici olacağı inandırıcı görünmür”, - deyə, “Bloomberq” yazıb.

 





18.02.2022    çap et  çap et