Qeyd edilib ki, Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb. Nəticədə fakt təsdiqini tapıb. Müəyyən edilib ki, Manaf Ağayev işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olub. Bundan sonra Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov barələrində protokollar tərtib edilib. Daha sonra protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Qeyd edək ki, Manaf Ağayev “İnstaqram” səhifəsində paylaşdığı videonu sonra silibmiş.