AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı. (APA)
12:04
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir.
Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunur. (“Trend”)