Şənbə günü müəllimlərin aksiyasını təşkil edən Təhsil İşçiləri Koordinasiya Şurası təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxilə etdiyini xəbər verib. Bu barədə qurumun Telegram kanalı bildirir.
Eyni mənbə etirazçılar arasında “kişi və qadın müəllimlərin” həbs olunduğunu yazıb. Müəllimlərin silsilə aksiyaları ötən ildən bəri davam edir.
“Mitinqlərə qatılan müəllimlər, o cümlədən maaşlaarın qaldırılmasını və siğorta xidmətlərindən istifadə şərtlərinin asanlaşdırılmasını tələb edirlər”.
Hökumət müəllimlərin ödənişlərini tənzimləyən qiymətləndirmə sistemini təklif edib. Lakin bu təşəbbüs hələ də həyata keçirilməyib. Lakin etirazçılar bildirirlər ki, hakimiyyət onların davamlı tələblərinə “zərrə qədər əhəmiyyət verməyib”.
Şənbə günü Təhsil İşçilərinin Koordinasiya Şurası bildirib ki, tələbləri yerinə yetirilməsə, o, müəllimləri yenidən etirazlara dəvət edəcək. Maddi vəziyyətin yaxşılaşdırılmasını tələb edən yalnız iranlı müəllimlər deyil. Ötən ay hökumətin maaşları artırmaqdan imtinasına qarşı ədliyyə sistemi işçilərinin nadir aksiyası keçirilib.
Hökumət bahalaşma və inflyasiyanı cilovlayacağını vəd etsə də, bir çox iranlı, xüsusən də sabit maaş alanlar yaşayış şəraitinin yaxşılaşmadığını deyirlər, İran mediasındakı xəbərlərdə deyilir. Bu vəziyyət mitinq və tətillər şəklində keçirilən etiraz aksiyalarına səbəb olub.