Vaxt.Az

Ciddi deskalasiya çağırışı


 

Hətta soyuq müharibə zaman böhranların qarşısını almaq üçün mexanizmlər var idi

Ciddi deskalasiya çağırışı BMT-nin Baş katibi Antonio Quterreş cümə günü Rusiyanın Ukrayna ətrafında qoşun toplaması ilə bağlı deyib ki, “indi ciddi şəkildə gərginliyi azaltmağın vaxtıdır”.

“Mən hələ də bunun baş verməyəcəyini düşünürəm,” Quterreş Almaniyanda Münhen Təhlükəsizlik Konfransına toplaşmış Qərb liderləri Rusiyanın cənub-qərb qonşusuna mümkün hərbi müdaxiləsinə istinadən deyib.

Quterreş dəfələrlə de-eskalasiyaya, diplomatiya və dialoqa çağırıb və xəbərdarlıq edib ki, silahlı münaqişənin insanların əzabı, dağıntı və Avropanın və qlobal təhlükəsizliyə zərəri kimi ziyanları düşünülməyəcək qədər çoxdur.

O deyib ki, ondan tez-tez dünyanın yeni Soyuq Müharibə yaşayıb-yaşamadığını soruşurlar.

“Mənim cavabım odur ki, indi qlobal təhlükəsizliyə təhdid həmin vaxtdakından daha mürəkkəb və bəlkə də daha çoxdur”, BMT başçısı İkinci Dünya Müharibəsindən Sovet İttifaqının 1991-ci ildə dağılmasına qədər davam edən dövrə istinadən deyib.

O qeyd edib ki, Soyuq Müharibə zaman böhranların qarşısını almaq üçün mexanizmlər var idi.

“Bu gün o sistemlərin çoxu artıq mövcud deyil və onlardan istifadə etməyi öyrənən insanların çoxu artıq bizimlə deyil,” o deyib. “Ona görə də yanlış kommunikasiya və yanlış hesablama güclər arasındakı kiçik bir insidentin nəzarətdən çıxmasına gətirib çıxara və saysız-hesabsız ziyanlara səbəb ola bilər”

Birləşmiş Ştatlar və bəzi Qərb müttəfiqləri deyir ki, Moskva Ukrayna sərhədindən 150 mindən çox qoşun toplayıb. Rusiya hərbi müdaxilə planlaşdırdığına dair iddiaları rədd edib və bunu Qərbin isteriyası adlanırıb.

BMT sədri liderlərə təşkilatın xartiyası altında mübahisələri sülh yolu ilə həll etmək və başqa bir ölkəyə qarşı gücdən istifadə etməmək vədlərini xatırladıb.

“Mən bütün ritorikalarına tərəfləri olduqca diqqət yetirməyə çağırıram,” o əlavə edib. “İctimai bəyanatlar gərginliyi alovlandırmaq deyil, azaltmaq məqsədi daşımalıdır”.

Quterreş əlavə edib ki, geosiyasi fikir ayrılıqları nadir hallarda həll olunur, ancaq “onlar idarə oluna bilər və idarə olunmalıdır”.

Ukraynanın şərqində humanitar əməliyyatlar davam edir və Birləşmiş Millətlər Təşkilatının yerli və beynəlxalq işçiləri və onların ailə üzvləri bir neçə ölkənin vətəndaşlarını təxliyə etmək qərarına baxmayaraq orada qalmağa davam edir.

BMT bildirir ki, Ukraynanın şərqində Donets və Luhansk regionlarında səkkiz ildir davam edən münaqişə səbəbilə 2.9 milyon insan humanitar yardıma və müdafiəyə ehtiyacı var. Təşkilat bu il 1.8 milyon insana yardım çatdıra bilmək üçün 190 milyon dollar ianə istəyib.

 





19.02.2022    çap et  çap et