Vaxt.Az

4 saylı Şəhər Klinik Xəstəxanası bağlandı


 

Həkim personalı başqa mərkəzə köçürüldü

4 saylı Şəhər Klinik Xəstəxanası bağlandı Bakıda fəaliyyət göstərən Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, ötən həftədən etibarən xəstəxana fəaliyyətini dayandırıb və orada xəstələrin qəbulu aparılmır.

Onun sözlərinə görə, xəstəxananın işçi heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzində işlə təmin olunacaq: «Heyət işlə təmin olunmaq üçün imtahan verərək müvafiq prosedurdan keçir. Narahatçılığa heç bir əsas yoxdur. Xəstəxananın heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzinə köçürüləcək».

 





03.03.2014    çap et  çap et