Vaxt.Az

... Zelenski Münhenə gedir


 

İşğal təhlükəsinə baxmayaraq ...

... Zelenski Münhenə gedir ABŞ-ın Rusiyanın işğalla bağlı xəbərdarlığına baxmayaraq Ukrayna prezidenti Vladimir Zelenski fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə prezidentin ofisi məlumatyayıb.

Ağ Ev fevralın 18-də bildirib ki, konfransda iştirak etmək üçün Ukraynanı tərk edib-etməmək qərarı Zelenskinin ixtiyarındadır.

Toplantı fevralın 18-də dünya liderləri, yüksək səviyyəli rəsmilər, siyasətçilər və təhlükəsizlik ekspertlərinin iştirakı ilə açılıb.

Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığı təhlükəsindən irəli gəlir. ABŞ-ın vitse-prezidenti Kamala Harris, Almaniya kansleri Olaf Şolz, ABŞ-ın dövlət katibi Antoni Blinken və digər liderlər və yüksək səviyyəli rəsmilər bir sıra görüşlərin planlaşdırıldığı təhlükəsizlik forumunda iştirak edirlər. Harris fevralın 19-da tədbir çərçivəsində Zelenski ilə görüşəcək.

 





19.02.2022    çap et  çap et