Vaxt.Az

Kiyev nüvə silahı statusunu qaytarır?!


 

Ukrayna Rusiyanın pozduğu Budapeşt memorandumunu etibarsız sayır

Kiyev nüvə silahı statusunu qaytarır?! Ukrayna prezidenti Vladimir Zelenski bu gün Münhen Təhlükəsizlik Konfransındakı çıxışında maraqlı və Rusiya üçün narahatedici məsələyə toxunub.

O bəyan edib ki, 1994-cü il Budapeşt razılaşma memorandumu üzrə, hansı ki, Ukraynanın nüvə silahından imtinası əvəzində, ona, təhlükəsizlik və ərazi bütövlüyü qarantiyası verirdi, məsələni yenidən baxılması üçün gündəmə gətirəcək. Və əgər, Ukraynanın təhlükəsizliyi pozulursa, (yəni, Rusiya tərəfindən) həmin o, razılaşma qərarları (nüvə silahından imtina da) şübhə altına düşür. 

Bu nə deməkdir?

SSRİ dağılan an, Rusiya ilə birlikdə, Ukraynanın da nüvə silahı olub, həm də Çin və Britaniyada olandan da daha çox sayda. 1994-cü ildə ABŞ, Britaniya, Rusiya və Ukraynanın arasında, "Nüvə silahının yayılmaması" adlı memorandum imzalanıb. Bu razılaşmaya əsasən, Ukrayna öz, nüvə silahının ləğvinə, əvəzində qalan 3 nüvə dövləti isə onun təhlükəsizliyi və ərazi bütövlüyünə qarant durur.

Ukrayna isə, iddia qaldırıb ki, 2014-cü ildən bəri Rusiya Memorandumun şərtlərini daimi pozub. Belə ki, RF Federasiya Şurası 1 mart, 2014-cü il tarixdəki qərarı ilə Rusiya ordusunun Ukraynaya qarşı istifadə edilməsinə icazə verib. Eyni ilə də hərbi güc tətbiqi ilə, Rusiyanın Krımı anneksiya ilə özünə birləşdirməsi, Donetskdə, Luqanskda münaqişə salaraq, separatçı rejimi yaratmasını  Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünə  Rusiyanın təcavüzkar siyasəti yönlü bəyan edir.

Zelenskinin bu iddialarının arxasında Rusiyanın həmin Budapeşt razılaşmasına əməl etməməsi və buna görə də, Ukraynanın bu memorandumu (bəyannaməni) etibarsız hesab edib yenidən öz nüvə silahına malik olma statusunu bərpa etmə dayanır. Qərb isə, buna etiraz etmir. Və Rusiyanı narahat edən səbəb də, atom silahlı Ukraynadır. Bütün bu, gərginlik, qovğanın kökü də, bundadır.

 





20.02.2022    çap et  çap et