Vaxt.Az

Cəhənnəmə ki...


 

Separatizmə dəstək verənlərin səksəkəli həyatı bitməyəcək

Cəhənnəmə ki... 2014-cü ildə Ukraynanın etnik rusları ağıllarına da gətirmirdilər ki, günün birində o NƏHƏNG Rusiyaya arxalandıqları üçün həyatları cəhənnəmə dönəcək. Onlara elə gəlirdi Rusiya pasportu aldılarsa, Kreml onların əlindən tutub cənnətə aparacaq, ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayacaqlar.

Amma… Bütün separatçı bölgələrdə olduğu kimi, Donetsk və Luqanskı da həyat, sabitlik tükdən asılıdır. Hər zaman da belə olub. Cibində hansı ölkənin pasportunu daşıyırsan daşı, separatçısansa, qanundan çox reallığa tabesən. 

Reallıq isə odur ki, torpağın əsl sahibi BMT tərəfindən tanınan ərazilərin toxunulmazlığı prinsipini əsas götürərək günün birində öz ərazisini separatçılardan təmizləyə bilər. Xankəndi necə Azərbaycanın haqqıdırsa, Donetsk, Luqansk da Ukraynanın haqqıdır.

Amma o gün bu gün deyil. Zelenski çox yaxşı bilir ki, separatçılara qarşı genişmiqyaslı antiterror əməliyyatının zamanı gəlməyib. İndi əsas məsələ Rusiya qoşunlarını mümkün qədər sərhəddən uzaqlşadırılmaqdır.

Rusiya isə böyük mənada uduzmağın cığallığını edir. Təxliyələr, təxribatlar buna görədir. Ayaq altda qalan kimdir - Rusiyanın Ukraynanı bölmək planına dəstək verən Ukrayna vətəndaşlığından imtina edib Rusiya vətəndaşlığına keçən ruslar. Kreml bir gün sakitləşəcək. Cığallığını da bitirəcək. Amma separatizmə dəstək verənlərin səksəkəli həyatı bitməyəcək.

Bakıda xeyli şəxs təxliyələrin Ukrayna ərazisində olduğunu düşünür. Diqqətli olaq. Söhbət separatçıların (Rusiyanın) nəzarətində olan ərazilərdən gedir. Təxliyəni təşkil edən Rusiyadır. Təxminən belə düşünün - Xankəndidə yaşayan, keçmişdə Azərbaycan vətəndaşı olan ermənini Ermənistana təxliyə edirlər. 

Cəhənnəmə ki... 

Ukrayna indi o tərəfə 1 güllə də atmayacaq. Bura yazdım. Zelenskinin əsəbləri möhkəmdir.

 





19.02.2022    çap et  çap et