Vaxt.Az

“İnsan həyatları ilə oynamayın”


 

Rusiya mülki əhali ilə “məsuliyyətsiz” davranaraq onların həyatını riskə atmaqda suçlanıb

“İnsan həyatları ilə oynamayın” Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə sammitlə bağlı konkret plan olmadığını deyib. Onun sözlərinə görə, iki liderin arzu edəcəyi halda, telefon söhbəti, yaxud görüş təşkil edilə bilər.

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba fevralın 21-də Makronun təşəbbüsünü alqışlayıb, bunun Rusiya qüvvələrinin onun ölkəsindən çıxarılması ilə nəticələnəcəyinə ümidini bildirib.

“Bu təşəbbüsü alqışlayırıq. İnanırıq ki, diplomatik həllə yönəlik istənilən cəhdi sınamağa dəyər”, – Kuleba Brüsseldə Aİ-dən həmkarları ilə görüşdən öncə deyib.

“Ümid edirik, iki prezident otaqdan Rusiyanın Ukraynadan qüvvələrini çıxarması barədə razılaşma ilə çıxacaq”, – nazir vurğulayıb.


***


Kremlin fevralın 21-də yaydığı bəyanatda deyilir ki, Putinlə Makron həftəsonu iki telefon söhbətində Ukrayna ilə bağlı dialoqu davam etdirməyin gərəkdiyini vurğulayıblar. Xəbəri “Interfax” yayıb.

Belarusda birgə hərbi təlim bitəndən sonra Moskvanın qoşunları çıxarmaq vədinə əməl etməməsi Ukrayna və Qərbin qəzəbinə səbəb olub. Fevralın 20-də bitməli olan təlimlərin vaxtı uzadılıb.

Belarus bəyan edib ki, qoşunlar bazalara “buna obyektiv ehtiyac yarandıqda” qayıdacaqlar və bu, NATO-nun Belarus və Rusiya sərhədlərindən geri çəkilməsindən asılı olacaq.

Almaniyanın Xarici işlər naziri Annalena Baerbok fevralın 21-də Rusiyanı Ukraynanın şərqindəki mülki əhali ilə “məsuliyyətsiz” oyun oynamaqda, onları həyatını riskə atmaqda suçlayıb. “Rusiya hökumətinə, Rusiya prezidentinə təcili çağırış edirəm: İnsan həyatları ilə oynamayın”, – o, Brüsseldə Aİ xarici işlər nazirlərinin sammitindən öncə jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, indiki böhranı Moskva başladıb, Moskva da onun həllinə kömək etməlidir.

 





21.02.2022    çap et  çap et