Vaxt.Az

Hərbi təyyarə məktəb divarına çırpıldı


 

İran ordusuna məxsus qırıcı Təbrizdə qəzaya uğradı

Hərbi təyyarə məktəb divarına çırpıldı İran ordusuna məxsus “F-5” qırıcı təyyarəsi bir neçə dəqiqə öncə Təbriz beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, təyyarə İran ordusunun ikinci hərbi hava bazasından havaya qalxıb və Təbrizin İnqilab küçəsi yaxınlığında və orta məktəbin yaxınlığında qəzaya uğrayıb.

Təbrizin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, qırıcının pilotu, pilot köməkçisi və təyyarənin düşmə zamanı toqquşduğu minik avtomobilinin sürücüsü ölüb. Təyyarə Təbriz Astronomiya Bölgəsində yerləşən məktəbin divarına çırpılıb. Xoşbəxtlikdən COVİD-19 pandemiyası səbəbindən məktəb bağlı olub.

İran ordusu sözçüsünün məlumatına görə, olayda ölən hərbiçilərdən biri polkovnik, digəri isə kapitan olub. Qəzaya səbəb təyyarədəki texniki nasazlıq olub.

 





21.02.2022    çap et  çap et