Vaxt.Az
«Rusiya Yanukoviçi qaytarmaq istəmir, amma…»
Kreml eks-prezidenti hələ də legitim sayı
Rusiya tərəfi Viktor Yanukoviçin hakimiyyətə qayıda biləcəyinə şübhə ilə yanaşır. Lakin Moskva onu qanuni dövlət başçısı sayır. Musavat.com-un «İnterfaks»a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Təhlükəsizlik Şurasının iclasında deyib.«Bizim vəzifəmiz Yanukoviçi hakimiyyətə
qaytarmaq deyil. Başa düşürük ki, o, bir daha hakimiyyətə qayıtmayacaq və
ölkəni idarə etməyəcək. Buna baxmayaraq, hesab edirik ki, o, hazırda Ukraynanın
legitim prezidentidir», - rusiyalı diplomat bildirib.
04.03.2014 çap et