Vaxt.Az

İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri


 

Polkovnik Məlikməmməd Qurbanov mənimsəmədə ittiham olunur

İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. M.Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.Qurbanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib. M.Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.

***

13:00

Müdafiə Nazirliyinin idarə rəisi saxlanılıb. Bu barədə "Qafqazinfo" və bəzi digər yerli KİV-lər Hərbi Prokurorluğa istinadən məlumat yayıb.

Qeyd olunur ki, nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

İdarə rəisi M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Bununla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanılıb və Qurbanov məsuliyyətə cəlb edilib. Onun barəsində tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi bildirilir.

 





21.02.2022    çap et  çap et