Xəbər agentliklərinə istinadən, hadisə nəticəsində qırıcı təyyarənin pilotu daxil olmaqla azı 3 nəfər həyatını itirib.
Rəsmi “İRİB News” agentliyinin xəbərinə görə, qəza Təbrizin “Yekə Dükan” məhəlləsində bir idman kompleksinin yaxınlığında baş verib.
Təbrizin Şəhid Fakuri Hərbi Hava Bazasının komandiri Rza Yusufi təyyarənin texniki problem səbəbilə qəzaya uğradığını bildirib.
Şərqi Azərbaycan vilayətinin böhran idarəetmə mərkəzinin müdiri Bağır Hünərbər təyarrənin “F5” təlim növündən olduğunu açıqlayıb. O, qəza zamanı təyyarənin çırpıldığı məktəbdə kimsənin olmadığını söyləyib.
“Hərbi hava qüvvələrimizdən ikisi, eləcə də bir vətəndaş öz şəxsi avtomobilində həyatını itirib”, Hünərbər qeyd edib.