Vaxt.Az

Qazanc 803 faiz çoxdur


 

Yanvarda Azərbaycan qazını 500 dollara yaxın qiymətə ixrac edib

Qazanc 803 faiz çoxdur 2022-ci ilin yanvar ayında Azərbaycanın bəyan edilmiş qaz həcmlərinin ixracı 1 milyard 613 milyon 199,82 min kubmetr təşkil edib. Bu, 2021-ci ilin yanvar ayı ilə müqayisədə 44 faiz çoxdur.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin aylıq hesabatında məlumat verilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu ilin yanvar ayında Azərbaycan qazının ixracına çəkilən xərclər 803 milyon 301,51 min dollar təşkil edib. 2021-ci ilin yanvar ayı üçün Dövlət Gömrük Komitəsi Azərbaycanın qaz qazancını 100 milyon 26,39 min dollar dəyərində göstərmişdi. Yəni 2022-ci ilin yanvarında Azərbaycanın bəyan edilmiş qaz ixracı dəyər ifadəsində düz ötən ilin yanvarında bəyannamələrdə bəyan ediləndən 8,03 dəfə çoxdur.

Azərbaycan Respublikası Gömrük Komitəsinin məlumatları əsasında hesablama apararkən məlum olub ki, 2022-ci ilin yanvar ayında Azərbaycan öz qazının 1000 kubmetrini orta hesabla 497,95 dollara ixrac edib.

Qeyd edək ki, Azərbaycan qazının Gömrük Komitəsinin bəyan etdiyi həcmlərlə faktiki ixrac həcmləri heç vaxt üst-üstə düşməyib. Adətən, Gömrük Komitəsinin hesabatlarında bəyan edilən qaz həcmləri həmişə ixracın faktiki həcmlərindən aşağı olurdu. Lakin 2021-ci ilin sonunda Gömrük Komitəsi bunun əksini qeydə aldı – bu dəfə bəyan edilən qaz həcmləri faktiki qaz ixrac həcmlərini üstələyib.

Belə ki, Azərbaycan Energetika Nazirliyinin illik hesabatındakı məlumatına görə, 2021-ci ilin sonuna 18,9 milyard kubmetr qaz xarici bazarlara çıxarılıb. Gömrük Komitəsinin hesabatında isə bəyan edilmiş qaz ixracının həcmi isə 20 milyard 46,65 milyon kubmetr təşkil edib.

2020-ci ilin son günündən Azərbaycan 5 ölkəyə qaz ixrac edir: Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliya. (caspianbarrel.org)

 





21.02.2022    çap et  çap et