Saakaşvilini hazırda 5 ittiham üzrə 11 il müddətinə azadlıqdan məhrum edə bilərlər.
O rəsmən Ukrayna vətəndaşıdır.
Saakaşvili artıq bir neçə aydır ki, onun yanına müalicə həkiminin, habelə ABŞ və Avropadan onun müalicəsində iştirak etmək istəyən nevroloq və nevropatoloqların buraxılmadıqlarını deyib:
“Mən bu gündən müddətsiz aclıq elan edirəm. Bu, rejimin xalqla və mənimlə rəftarına reaksiyamdır. Mənim tələbim – Xalq müdafiəçisi və Empatiya mərkəzinin yaratdığı konsiliumun tələb etdiyi kimi mənə adekvat tibbi yardımın göstərilməsidir”.
Saakaşvili iddia edib ki, milyarder Bidzina İvanişvilinin hakim Gürcü Arzusu partiyasının məqsədi onun əlilə çevirmək və hətta “Putin naminə” öldürməkdir.
Gürcüstanın keçmiş prezidenti Ukrayna ətrafında baş verən hadisələrdən də danışıb.
Onun sözlərinə görə hazırda orada baş verənlər onun 2008-ci ildə, Cənubi Osetiyada müharibə getdiyi vaxtda dediklərini bir daha təsdiqləyir.
Saakaşvili demişdi ki, “Gürcüstan Rusiyanın və rusiyayönlü separatçıların təxribatlarına cavab verməklə yalnız müdafiə olunur”.
O Ukrayna xalqına Ukrayna dilində müraciət edib və təəssüfünü bildirib ki, “əldə silah onlarla birlikdə cəbhə xəttində” dayana bilmir: “Mənim sakitcə sönməyimi görməyəcəksiniz. Siz başını dik tutan prezidentlərin necə məğrurcasına öldüyünü görəcəksiniz”.
Saakaşvili bundan əvvəl, ötən ilin oktyabrında müddətsiz aclıq elan etmiş və aclığı noyabr ayında dayandırmışdı.
Həmin vaxt hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə onu həbsxanadan Qori şəhərinin hərbi hospitalına köçürmək məcburiyyəti qarşısında qalmışdı.