Vaxt.Az

“Belarusdan başqa müttəfiqi yoxdur”


 

“Başqalarının ağzını bağlamaq istəyirsinizsə, ...”

“Belarusdan başqa müttəfiqi yoxdur” Böyük Britaniyanın müdafiə naziri Ben Uolles (Ben Wallace) hesab edir ki, Qərbin Rusiyadan üstünlüyü həmfikir ölkələri birləşdirən alyansların olmasıdır.

“Rusiya ilə bizim aramızda olan fərq ondadır ki, Rusiyanın heç bir müttəfiqi yoxdur. Belarus Rusiyanın yeganə müttəfiqidir. Bu, Rusiyanın problemlərindən biridir: o, bunu başa düşə bilmir ki, beynəlxalq ittifaqlar sivil cəmiyyətin və insan hüquqlarına riayət olunmasının əlamətidir. Əgər özbaşına olmaq və başqalarının ağzını bağlamaq istəyirsinizsə, Şimali Koreya kimi olacaqsınız”, - Uolles bazar ertəsi Böyük Britaniya Parlamentinin İcmalar Palatasında çıxış edərkən deyib.

 





21.02.2022    çap et  çap et