Vaxt.Az
Səfəvi xalçasına fantastik qiymət
Üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilən xalının alıcısı anonimdir
Azərbyacanın XVII-ci əsr Səfəvilər dövrünə aid xalçası Nyu-York auksionunda rekord qiymətə- 33,7 milyon dollara satılıb. Modern.az bildirir ki, “Sotheby”s” auksion evi bildirib ki, üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilən xalçanı telefon vasitəsilə anonim alıcı əldə edib.
Xalçanı satışa çıxardan isə Vaşinqtonda yerləşən Krokoran incəsənət qalereyasıdır. Səfəvilər dövrünə aid xalçanı incəsənət qalereyasına 1926-cı ildə Montana ştatından olan senator Uilyam Klark vəsiyyət etmişdi. Bundan öncə rekord məbləğ ödənilən xalça 2010-cu ilin aprelində Londonda 9,6 milyon dollara satılmışdı.
07.06.2013 çap et