Məlumatda deyilir ki, söhbət «Corc Buş» adlı ən yeni atom təyyarədaşıyan gəmisindən, habelə onu müşayiət edən 16 hərbi gəmidən və daha 3 atom sualtı qayığından gedir. İddia olunur ki, bu heyət Egey dənizindən çıxaraq dardanel boğazına daxil olmaqdadır. Ehtimal olunur ki, gəmilər martın 7-də Bosfor boğazından keçməyə başlayacaqlar. Bundan sonra onlar Qara dənizdə operativ mövqe tutacaqlar.
Yada salaq ki, bundan əvvəl ABŞ 6-cı donanmasına məxsus «Teylor» raket freqatının və «Maunt Uitni» idarəetmə gəmisinin Qara dəniz sularına daxil olması haqda məlumatlar yayılmışdı. Amma Möntre konvensiyasına uyğun olaraq bu gəmilər Qara dəniz sularını fevralın sonuna qədər tərk etməli idilər.