Ukrayna Ali Radasının hakim “Xalqın qulluqçusu” partiyasından olan deputatı Daniil Getmantsev bildirib ki, ABŞ-ın “xalq respublikalarına” qarşı sanksiyaları real addımlardan daha çox “imitasiyanı” xatırladır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.Deputat qeyd edib ki, o, heç vaxt ABŞ vətəndaşlarının “DXR” və “LXR” ilə ticarət etdiyini və ya investisiya etdiyini eşitməyib. Getmantsev hesab edir ki, bu addımları sanksiya adlandırmaq olmaz.
Bundan əvvəl ABŞ prezidenti Co Baydenin “xalq respublikaları”na qarşı sanksiyalar haqqında fərmanı imzalamağa hazır olduğu bildirilirdi. Ağ Ev bildirib ki, Putindən belə bir addım gözlənildirdi və artıq cavab hazırlanır.
Sanksiyalar ticarət, investisiya və maliyyə əməliyyatlarına təsir edəcək. Həmçinin Vaşinqtonda “xalq respublikaları” ərazisində dolların qadağan edilməsi haqqında fərman imzalayacaq.
çap et