Bundan əvvəl NBC telekanalının şərhçisi Riçard Endjel də ABŞ administrasiyasının Ukrayna prezidentinin “Rusiyanın hərbi müdaxiləsi təhlükəsi qarşısında” Lvova yerləşməsini müzakirə etdiyini bildirib. Situasiya ilə tanış olan iki mənbə bu haqda deyib ki, plana əsasən Rusiya Donbassla kifayətlənməyib Ukraynanın içərilərinə doğru irəliləsə Zelenski Lvova getməlidir.
Zelenskinin mətbuat katibi isə bildirib ki, Ukrayna və ABŞ prezidentləri arasında son telefon danışığı zamanı onun Kiyevdən Lvova mümkün gedişi müzakirə olunmayıb. Mətbuat katibi belə müzakirələrin daha aşağı ranglı məmurlar arasında aparılması barədə heç nə bilmədiyini deyib.
***
Bu arada, Ukrayna prezidenti Vladimir Zelenski “xalq respublikalarını” tanıdığına görə Rusiya Federasiyasına qarşı təcili sanksiyaların tətbiqinin zəruriliyini qeyd edib.
“Avropa və dünya 2008-ci ildə Gürcüstanda yol verilən o faciəli səhvlərin təkrarlanmasına imkan verə bilməz. Biz Ukraynaya qarşı növbəti təcavüz aktına görə dərhal sanksiyaların tətbiq edilməsinin zəruriliyi barədə razılığa gəlmişik. Bu sanksiyalara “Şimal axını 2”nin tamamilə dayandırılması daxil edilməlidir”, - Zelenski çərşənbə axşamı Kiyevdə Estoniya prezidenti Alar Karis ilə birgə brifinqdə bildirib.