Vaxt.Az

Çoxvektorlu Bakı


 

Qərblə Şərq arasında əməkdaşlıq imkanları ...

Çoxvektorlu Bakı Azərbaycan Prezidenti Moskvaya səfər etməzdən öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu gün Moskvada Azərbaycan və Rusiya arasında Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalanacaq.

Moskvada imzalanacaq sənədin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına dair Şuşa Bəyənnaməsi formatında olması gözlənilir. Amma mən Şuşa Bəyənnaməsinin bənzərsiz olduğunu düşünürəm.

Rəsmi Bakı çoxvektorlu xarici siyasət yürüdür və bu, Moskva üçün nə sirdir, nə də onu qıcıqlandıran amil. Çünki rəsmi Bakı Kreml üçün nə Xəzərdə, nə də onun sərhədlərinin cənub cinahında Rusiyanın təhlükəsizliyi və milli maraqları ilə ziddiyyət təşkil edəcək addımlar atmır.

İlham Əliyevin Moskvada imzalayacağı sənədin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığa dair Sazişin sürətləndirilməsinə xidmət etdiyini düşünürəm.



Elə dünən Aİ nümayəndə heyətini qəbul edərkən Prezident bir daha Brüsseldən gəlmiş qonağa danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini bəyan edib.

Boruları qərbə tuşlanmış  və əsas gəliri neft-qaz gəlirlərindən çıxan Azərbaycan üçün birqütblü siyasət strateji baxımdan maraqlı deyil…

 





22.02.2022    çap et  çap et