Vaxt.Az

Kiyev Moskva ilə bütün əlaqələri kəsə bilər


 

Ukrayna XİN sorğu prezidentə sorğu göndərib

Kiyev Moskva ilə bütün əlaqələri kəsə bilər Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Rusiya ilə diplomatik münasibətləri pozmağı düşünür. Onun sözlərinə görə, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyindən müvafiq sorğu daxil olub.

Bu barədə TASS məlumat yayıb. Daha əvvəl Ukrayna lideri bildirib ki, Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını (DXR və LXR) tanıması Moskvanın Ukraynaya qarşı növbəti təcavüzü üçün hüquqi əsas yaradır.

V.Zelenskinin xalqa müraciətindən əsas məqamları təqdim edirik:

 

Donetskdəki respublikaları tanımaqla Rusiya Federasiyası Ukraynaya qarşı sonrakı aqressiyaya hüquqi zəmin hazırlayır

Rusiya Federasiyasını problemi istənilən formatda dialoqla həll etməyə çağırırıq

İnanırıq ki, Rusiya ilə müharibə olmayacaq, genişmiqyaslı eskalasiya baş verməyəcək, olsa belə, ölkədə hərbi vəziyyət tətbiq edilməyəcək

Kiyev Moskva ilə diplomatik münasibətləri kəsməyin mümkünlüyünü nəzərdən keçirir

Donbasın Kiyevin nəzarətində olan hissəsindən Ukrayna qoşunlarının çıxarılması ilə bağlı Luqansk və Donetskdəki rejimlərin xahişi nəzərə alınmayacaq.

 





22.02.2022    çap et  çap et