Vaxt.Az

“Böyük nəticələri olacaq”


 

ABŞ Rusiyaya qarşı şəxsi sanksiyaları nəzərdən keçirəcək

“Böyük nəticələri olacaq” ABŞ Prezidenti Co Bayden ötən həftə Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə Vladimir Putinə qarşı şəxsi sanksiyaları nəzərdən keçirəcəyini bildirmişdi. Bir müddətdir ki, Rusiya Ukrayna ilə sərhədə yaxın ərazilərə 100 mindən çox hərbi qüvvə yığıb və onun bu ölkəyə hücum edəcəyi təəssüratını yaradıb. Amma rəsmi Moskva Ukraynaya qarşı hər hansı hərbi əməliyyat planlaşdırmadığını deyir.

Co Bayden Rusiyanın cənub-qərb sərhədində yerləşən xalqa qarşı bir addım atacağı təqdirdə dünya üçün “böyük nəticələr” olacağını söyləyib. ABŞ Prezidenti bu fikirləri digər Qərb liderlərinin Rusiyanın işğala görə ağır nəticələrlə üzləşəcəyinə dair təkrar xəbərdarlıqlarının ardınca söyləyib.

Rusiya ABŞ və digərlərini məsələ ilə bağlı “gərginliyi artırmaqda” ittiham edib və Ukraynaya daxil olmaq planlarını rədd edib. Jurnalistlərin suallarını cavablandıran cənab Bayden işğal olarsa, şəxsən Rusiya Prezidentinə qarşı sanksiyalar tətbiqinin mümkünlüyü barədə suala “bəli” cavabını verib.

O, Ukraynaya müdaxiləni “İkinci Dünya Müharibəsindən bəri ən böyük işğala” bərabər ola biləcəyini və bunun “dünya üçün ağır nəticələr” yaradacağını söyləyib. Bayden əlavə edib ki, o, NATO-nun Şərqi Avropada mövcudluğunu gücləndirmək məcburiyyətində qalacaq.

“Biz açıq şəkildə bildirməliyik ki, heç kimin, NATO-nun hər hansı üzvünün NATO-nun onların müdafiəsinə gəlib-gəlməyəcəyindən narahat olması üçün heç bir səbəb yoxdur,” - Co Bayden deyib. Lakin o, təkrar edib ki, ABŞ qoşunlarını birbaşa Ukraynaya göndərmək planları yoxdur.

Rusiya bu sözlərə qəzəblə cavab verib, ABŞ və NATO-nu Ukraynanı silah və Qərbdən olan hərbi təlimçilərlə “doldurmaqda” günahlandırıb. Moskvanın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatında deyilir: “Amerika donanmasının Rusiya sahilləri yaxınlığında nə etdiyi ilə bağlı heç bir izahat yoxdur”.

 





23.02.2022    çap et  çap et