Britaniya Rusiyanın beş bankına və üç zəngin şəxsinə sanksiyalar tətbiq edəcək. Baş nazir Boris Conson fevralın 22-də parlamentdə çıxışında belə deyib. O, qeyd edib ki, Moskva böhranı gərginləşdirərsə, Londonun ona qarşı maliyyə silahları var.“Prezident Putinin növbəti addımından asılı olaraq, daha güclü sanksiyaları ehtiyatda saxlayırıq”, – o vurğulayıb.
“Biz Rusiya şirkətlərinin sterlinq, yaxud dollarla maliyyə cəlbini dayandırmaq istəyirik... Onların Britaniya bazarlarında kapital yığmasını dayandırmağı, bu ölkədə əmlak sahibliyini gizlətməkdən məhrum etmək istəyirik”, – Conson deyib.
Baş nazir sanksiyaların “Rossiya Bank”, “İS Bank”, “General Bank”, “Promsvyazbank “və “Black Sea Bank”ı (Qara Dəniz Bankı) əhatələcəyini bildirib.
Enerji və infrastrukturda maraqları olan rusiyalı oliqarxlar – Gennadi Timçenko, Boris Rotenberq və İqor Rotenberqin aktivləri dondurulacaq, Britaniyaya səyahətdən məhrum ediləcəklər.
Bu üç şəxsə Birləşmiş Ştatlar da sanksiya tətbiq edib.
çap et