"Rusiya hökuməti gələcək sanksiyaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün uzun illərdir maliyyə və büdcənin restrukturizasiyası işlərini həyata keçirir. Bu işdə Moskvaya neft və qaz qiymətlərinin yuxarı olması kömək edib. Hazırda Rusiyanın xarici borcu çox aşağıdır.
Bundan əlavə, 2014-cü illə müqayisədə indi Kremlin xarici maliyyə institularından kredit götürməyə elə də ehtiyacı yoxdur. Ən vacib məqam isə ondan ibarətdir ki, Rusiyanın xarici valyuta ehtiyatı 631 milyard dollar səviyyəsindədir. Bununla da rəsmi Moskva dünyanın ən çox xarici rezervə malik 4-cü ölkəsidir," - qəzet yazır.
Məqalə müəllifləri onu da əlavə edib ki, ciddi iqtisadi geriləmə Vladimir Putinin siyasi mövqeyini laxlada bilər.
Lakin ABŞ və onun avropalı müttəfiqlərinin Kremlə qarşı daha ağır sanksiyalar tətbiq edəcəyi inandırıcı deyil. Çünki bu yolla onlar həm də öz iqtisadiyyatlarına zərbə vura bilərlər. Bu arada Kanada, Avstraliya və Yaponiya da Rusiyaya sanksiyalar tətbiq edib.
Kanada Rusiyanın iki dövlət bankına (bankların adı açıqlanmır) sanksiya tətbiq edib. Bu ölkə həmçinin öz vətəndaşlarına və şirkətlərinə Donetsk və Luqanskla "hər hansı maliyyə əməliyyatlarında iştirak etməməyi və Rusiyanın dövlət borclarının alınmasında iştirak etməyi" qadağan edib.
Yaponiya hökuməti isə Rusiyanın aktivlərini donduracağını və bir sıra Rusiya vətəndaşlarına viza verilməsini qadağan edəcəyini açıqlayıb.
Avstraliya isə Rusiya Təhlükəsizlik Şurasının 8 üzvünə şəxsi maliyyə sanksiyaları və ölkəyə giriş qadağası tətbiq edib.