Bundan bir gün əvvəl televiziya ilə çıxışında Zelenski deyib ki, ehtiyatdakı həbçilər orduya çağırılacaq, amma o, indiki məqamda ümumi səfərbərlik elan etmir.
Ordunun hazırlığını artırmaq
“Ukrayna Silahlı Qüvvələrinin Ali baş komandanı kimi ehtiyatda olanların konkret müddətə hərbi xidmətə çağırışı haqda fərman verdim”, – o deyib.
“Əməliyyat vəziyyətində mümkün dəyişikliklərə görə Ukrayna ordusunun hazırlığını artırmalıyıq”, – Zelenski sözlərinə əlavə edib.
Prezident mövcud böhrandan diplomatik yol axtardığını, amma Ukraynanın Rusiyaya ərazi güzəştə getməyəcəyini vurğulayıb.
Xəbərdarlıq
Ukrayna həmçinin vətəndaşlarını Rusiyaya getməməyə, orada olanları isə dərhal Rusiyanı tərk etməyə çağırıb, artan gərginlik fonunda konsulluq xidmətlərində fasilə yarana biləcəyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqində iki separatçı region müstəqil dövlətlər kimi tanıyıb, oraya qoşun göndərəcəyini deyib. Kiyev, BMT, Qərb, digər ölkələr bu addımları pisləyiblər.
Qərb liderlərinin mövqeyinə görə, bunlar Ukraynanın tammiqyaslı işğalına doğur ilk addımdır.
“Təcrid olunmuş dövlət”
Britaniyanın Baş naziri Boris Conson fevralın 23-də deyib ki, Rusiya “təcrid olunmuş dövlət” statusuna doğru irəliləyir və Kreml Ukraynanın tammiqyaslı işğalının əsasını qoyur.
Britaniyanın Baş naziri Liz Trass Ukraynanın 2.6 milyon əhalisi olan Kiyevə Rusiyanın hücumunun “xeyli real” olduğunu söyləyib.
Zelenski xarici müttəfiqləri səfirliklərini paytaxtdan, bir çox hallarda ölkədən çıxardıqlarını görə tənqid edib. O, ölkədən çıxan Ukrayna şirkətlərinə də hücum edib. “Onların hamısı Ukraynada qalmalıdırlar. Onların müəssisələri ordumuzun qoruduğu Ukrayna torpağında yerləşir”, – Zelenski vurğulayıb.