İbtidai təhsil üzrə təlim və tərbiyə nazirinin müavini Rizvan Həkimzadə bu haqda deyib, “sağlamlıq testlərini uşaqların məktəbə daxil olmasından iki il əvvəl həyata keçirəcəyimizi ümid edirik. Əlbəttə hazırda 5 yaşlı və məhdud şəkildə 4 yaşlı uşaqlar da bu testlərdən keçə bilirlər.”
Həkimzadə “farsca yetərlilik testinin” həm öyrənmə problemli yaşayan uşaqlar üçün, həm də iki dilli (qeyri-fars) bölgələrin uşaqları üçün yararlı olacağını ifadə edib.
İranın dini lideri Seyyid Əli Xameneyi keçən günlərdə “fars dilinin aşınmaya məruz qalması” ilə bağlı “qayğılı” olduğunu dilə gətirmişdi.
İSNA-nın yazdığına görə, təhsil nazirliyinin hazırkı planı “müəzzəm öndərin fars dili ilə bağlı buyuruqlarına” uyğun olaraq təklif olunub.
Təhsil nazirliyinin açıqlamalarına təpki göstərən türk dil hüquqları müdafiəçiləri “bu planın ailələri kiçik yaşlardan uşaqlarla farsca danışmağa məcbur etmək” məqsədilə hazırlandığını önə çəkirlər.