“Bir çox aviaşirkətin uçuşların ləğvi barədə qərarı təhlükəsizlikdə baş verən real dəyişikliklərlə səbəbindən deyil, hazırkı vəziyyətlə əlaqəli informasiya axını ilə əlaqədardır”, - deyə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov jurnalistlərə açıqlamasında bildirib. Lakin o, brifinq zamanı aviaşirkətlərin adını çəkməyib və bildirib ki, “dövlət ləğv edilmiş uçuşların dəyişdirilməsi üzərində işləyir”.
Skandinaviya aviaşirkəti olan SAS həftəlik uçuşları dayandırıb. “Air France” isə “ehtiyat tədbiri” olaraq çərşənbə axşamı Paris və Kiyev arasında uçuşları ləğv etmək qərarına gəldiyini bildirib.
Uçuşları dayandıran şirkətlər arasında Almaniyanın “Lufthansa” və KLM hava yolları da var.
Kubrakov bildirib ki, Ukrayna Beynəlxalq Hava Yolları (UIA) artıq bilet satışına başlayıb və “Lufthansa” şirkətinin həyata keçirə bilmədiyi Kiyev-Münhen və Cenevrə istiqamətlərində əlavə reyslər açaraq təyyarələrin tutumunu artırıb.
Uçuşlar Ukraynanın iki aviaşirkətinin Rusiyanın Ukrayna ilə sərhəddə nəhəng hərbi qüvvə toplaması səbəbindən bəzi uçuşların sığortası ilə bağlı problemlərin olması barədə açıqlamasından sonra ləğv edilib.
Lakin Londonda yerləşən “Hive Aero” sığorta şirkəti hələ də “bölgəyə uçan bir çox aviaşirkəti dəstəkləməyə davam etdiyini” bildirib.