Bu dəqiqələrdə Ukrayna hakimiyyəti ölkədə bir ay davam edəcək fövqəladə vəziyyət elan edib. Belə kİ, Milli Təhlükəsizlik və Müdafiə Şurası az əvvəl ölkənin bütün ərazisində, - Donetsk və Luqansk vilayətlərini çıxmaqla, - fövqəladə vəziyyət rejiminin elan edilməsini qərara alıb. Bu barədə Şuranın rəhbəri Aleksey Danilov açıqlama verib. O, qeyd edib ki, Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət rejimi 2014-cü ildən tətbiq olunur.“Fövqəladə vəziyyət rejimi bizim həyatımıza heç bir radikal təsir göstərməyəcək, situasiya maksimal korrekt şəkildə nizamlanacaq”, - o deyib.
Qərarın gün ərzində parlamentdə təsdiqlənməsi gözlənilir.
Bu arada, Ukrayna hakimiyyəti Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Hesab olunur ki, Rusiyada üç milyona yaxın ukraynalı yaşayır.
çap et