Məlumatda qeyd edilir ki, bu, 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 faizini təşkil edir.
Vurğulanır ki, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon dollardır: “Ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon dollar (13 milyard 830,7 milyon manat) və ya ÜDM-in 14,9 faizini təşkil edib”.
Nazirlik bildirir ki, ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə həmin ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon dollar azalıb.
Ötən ilin əvvəlində Azərbaycanın ümumilikdə xarici dövlət borcu 8 milyard 821.5 milyon ABŞ dolları (14 milyard 996.5 milyon manat) olmuşdu.